Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 May 2024 / 09:29

AZƏRBAYCAN MN VƏ DSX RƏHBƏRLİYİ “EFES-2024” TƏLİMİNİN “YÜKSƏK SƏVİYYƏLİ MÜŞAHİDƏÇİ GÜNÜ”NDƏ İŞTİRAK EDİB

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti mayın 30-da İzmir şəhərində “EFES – 2024” çoxmillətli təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri Yaşar Güler çıxış edib.

Nümayəndələr Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olduqdan sonra “Türk Ulduzları”nın nümunəvi uçuşlarını və paraşüt atlayışlarını izləyiblər.

Sonra 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirak etdiyi “EFES – 2024” çoxmillətli təlimində mükafatlandırma mərasimi keçirilib.

Sonda təntənəli konsert proqramı təqdim edilib.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!