Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Kamçatka diyarının səhiyyə naziri Aleksandr Qaşkov qəzaya düşüb.
Tezadlar.az xəbər verir ki, bu barədə regional hökumət məlumat yayıb.
Qəza iyunun 1-də Naçiki-Kavalerskoye-Ust-Bolşeretsk avtomobil yolunun hissəsində baş verib.
“Region Səhiyyə Nazirliyinin rəhbərinin vəziyyəti ağırdır. Yol-nəqliyyat hadisəsi nəticəsində Aleksandr Qaşkovun qabırğaları və çanaq sümüyü sınıb”, – məlumatda deyilir.
Qaşkovun olduğu avtomobildə regional Səhiyyə Nazirliyinin səhiyyənin inkişafı şöbəsinin müdir müavini Denis Fedotov da olub. O və avtomobilin sürücüsü yüngül bədən xəsarətləri alıblar.
İlkin məlumata görə, qəzaya səbəb avtomobilin qarşı zolağa çıxması olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir, hadisənin bütün hallarını müəyyənləşdirirlər.
E.ŞİRİNOV