Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 İyun 2024 / 11:35

BÖYÜK BRİTANİYA QIRĞIZISTAN ŞİRKƏTİNƏ SANKSİYA TƏTBİQ EDİB

Qırğızıstanın ““İnter Style Plus”” şirkəti Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edilib.

Bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib.

Qırğızıstan Respublikası Ədliyyə Nazirliyinin elektron məlumat bazasında göstərildiyi kimi, “İnter Style Plus” MMC 30 noyabr 2017-ci il tarixində dövlət qeydiyyatına alınmış və 5 dekabr 2023-cü il tarixində yenidən dövlət qeydiyyatından keçmişdir. Onun rəhbəri Nurlan Belekoviç Şakirovdur. Şirkət Çuy vilayətinin İssık-Ata rayonunda yerləşir.

Böyük Britaniya “Inter Style Plus”-u Rusiya hərbi-sənaye kompleksi üçün sursatlar, dəzgahlar, mikroelektronika, logistika və digər materialların tədarükçüsü kimi siyahıya alıb.

Qeyd edildiyi kimi, yeni sanksiyalar “Rusiya Federasiyasının öz hərbi maşınını maliyyələşdirmək, həmçinin  təchiz etmək imkanlarını məhdudlaşdıracaq və Böyük Britaniyanın Ukraynaya güclü dəstəyini nümayiş etdirəcək”.

Xatırladaq ki, bir gün əvvəl Qırğızıstandan iki şirkət ABŞ sanksiyalarına məruz qalmışdı. Sanksiya siyahısına “TSB” MMC (“Tranzit Service Bishkek”) və “Nova Proyekt” MMC daxil edilib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!