Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 İyun 2024 / 10:53

SUDAN QƏNAƏTLİ İSTİFADƏNİN TƏMİN EDİLMƏSİ MƏQSƏDİLƏ NÖVBƏTİ GÖRÜŞLƏR KEÇİRİLİB

Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi məqsədilə növbəti maarifləndirici görüşlər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda keçirilən maarifləndirmə tədbirləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aidiyyəti mərkəzi və yerli icra hakimiyyətləri nümayəndələri ilə birgə rayon ictimaiyyətinin, bələdiyyə nümayəndələrinin, Sudan İstifadəedənlər Birliklərinin, fermerlərin və digər maraqlı tərəflərin iştirakı ilə su ehtiyatlarından səmərəli istifadə ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbirləri çərçivəsində Kürdəmir, Ucar, Göyçay, Yevlax, Ağdaş və Zərdab rayonlarında görüşlər keçirilib.

Görüşlər zamanı şəhər və rayonlarda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə ictimaiyyət məlumatlandırılıb, sudan qənaətli və səmərəli istifadə, habelə mütərəqqi suvarma texnologiyaların tətbiqi, suvarma qrafikləri üzrə növbəliyə riayət olunması və bir sıra digər vacib məsələlər barədə su istehlakçılarının və kənd təsərrüfatı məhsulları istehsalçılarının maarifləndirilməsi həyata keçirilib.

Tədbirlərdə iştirakçılar tərəfindən verilən suallar ətraflı cavablandırılıb və mövcud problemlər, onların aradan qaldırılması ilə bağlı təkliflər müzakirə edilib.

R.XUDATQIZI

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!