16 İyun 2024 / 08:57

İSTİNTAQ TƏCRİDXANASINDA GİROV GÖTÜRÜLMƏSİ İLƏ BAĞLI İŞ AÇILIB

Müstəntiqlər Rostov-na-Donudakı 1 saylı istintaq təcridxanasında girov götürülməsi ilə bağlı cinayət işi açıb.

Tezadlar.az bildirir ki, bu barədə RF İK-nin mətbuat xidməti məlumat verib.

“Rostov-na-Don şəhərindəki istintaq təcridxanalarından birində girov götürüldükdən sonra Rusiya Federasiyası İstintaq Komitəsinin Rostov vilayəti üzrə istintaq orqanları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə (girov götürmə) cinayət işi açıblar.”, – məlumatda deyilir.

Hazırda girovların azad edilməsi üçün danışıqlar aparılır. Qurum adi qaydada işləyir, vəziyyətə nəzarət olunur.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!