Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 İyun 2024 / 16:16

ZAMANLA RUSİYANIN NÜMAYƏNDƏLƏRİ DANIŞIQLAR MASASI ARXASINA ƏYLƏŞƏCƏKLƏR

Zamanla Rusiya danışıqlar masası arxasına keçə bilər.

Ukrayna ilə bağlı İsveçrə konfransında iştirak edən Çexiya prezidenti Petr Pavel bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

“İsveçrədə keçirilən dünya sammitində (Ukrayna ilə bağlı) dünyanın müxtəlif yerlərindən ölkələrin səsi eşidildi. Onların böyük əksəriyyətinin beynəlxalq hüququn fundamental prinsiplərinə dəstək ifadə etməsini yüksək qiymətləndirirəm. Zaman keçdikcə elə bir mərhələ gəlməlidir ki, Rusiya nümayəndələri danışıqlar masası arxasına əyləşəcəklər”, – deyə Çexiya dövlətinin başçısı bildirib.

Eyni zamanda, o qeyd edib ki, “bu, Ukrayna üçün qəbuledilməz olan, BMT Nizamnaməsinə və hər şeydən əvvəl özünümüdafiə, suverenlik və ərazi bütövlüyünə hörmət etməyən şərtlərlə baş verə bilməz”.

İyunun 14-də Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyində çıxış edərək, aşağıdakı sülh planını təklif etdiyini açıqlayıb: Kiyev qoşunlarını Luqansk Xalq Respublikası (LXR), Donetsk Xalq Respublikası (DXR), Xerson, Zaporojye vilayətlərinin ərazisindən çıxarmalıdır.

Həmçinin, onun fikrincə, Ukrayna NATO-ya daxil olmamalıdır.

Rusiya lideri qeyd edib ki, Kiyev bu şərtlərlə razılaşdıqdan və sülh danışıqlarına başladıqdan sonra hərbi əməliyyatlar dərhal dayandırılacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!