Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyun 2024 / 08:43

ZELENSKİ UKRAYNALILARA SÖZ VERDİ

Ukrayna hakimiyyəti ölkəyə istilik mövsümünün əvvəlinə qədər vətəndaşların enerji təchizatı ilə bağlı bir sıra problemləri həll etməyə kömək edəcək “həllər hazırlayır”.

Tezadlar.az xəbər verir ki, bu barədə Vladimir Zelenski X sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Biz istilik mövsümünü daha təhlükəsiz keçirməyimizə kömək edəcək və insanlara enerji təchizatı, çatışmazlıqlar və kəsintilər baxımından bu son dərəcə çətin vaxtdan sağ çıxmaq üçün daha çox imkan verəcək həllər hazırlayırıq”, – deyə Zelenski bildirib.

Bundan əvvəl Ukraynanın DTEK enerji holdinqinin icraçı direktoru Dmitri Saxaruk bildirib ki, Kiyev istilik mövsümünə qədər İES-in gücünün ən azı yarısını bərpa etmək istəyir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!