Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyun 2024 / 09:39

UŞAĞI 13-CÜ MƏRTƏBƏNİN PƏNCƏRƏSİNDƏN AYAĞINDAN ASDI VƏ…

Sankt-Peterburqda sevgilisinin bir yaşlı uşağını 13-cü mərtəbənin pəncərəsindən asan şəxs həbs edilib.

Tezadlar.az bildirir ki, bu barədə Şimal paytaxtı prokurorluğunun Telegram kanalında məlumat verilib.

Qeyd olunur ki, 36 yaşlı sakin körpəni ayaqlarından tutub mənzilin pəncərəsindən başıaşağı asıb.

“Məhkəmə müstəntiqin vəsatətini təmin edib və təqsirləndirilən şəxs barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib”, – məlumatda deyilir.

Həmin şəxs azyaşlı uşağı öldürməyə cəhddə ittiham olunur.

REN TV-nin məlumatına görə, hadisə Belışeva küçəsində qeydə alınıb. Birgə sakinlər arasında münaqişə baş verib, bu zaman kişi qadının bir yaşlı qızını ayaqlarından tutub 13-cü mərtəbədə yerləşən mənzilin pəncərəsindən başıaşağı asıb.

Həmin şəxsin uşağın həyatını təhlükəyə ataraq bu hərəkətləri iki dəfə törətdiyi bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!