Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İran Məclisi (parlamenti) ölkə parlamentindən ordunun, eləcə də Kanada hökuməti ilə əlaqəli olan hərbi və təhlükəsizlik qüvvələrinin terror təşkilatları siyahısına salınmasını tələb edən təklif irəli sürüb.
Bu barədə “Nour News” məlumat yayıb.
Nəşr qeyd edir ki, hökumətin ordu, silahlı qüvvələri və hökumətlə əlaqəli təhlükəsizlik qüvvələrini terrorçu elan etməsini tələb edən təklif irəli sürülüb.
Bundan əvvəl Kanada səfirinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı elan edilməsinə görə İran Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilirdi.
Bir gün əvvəl Kanadanın ictimai təhlükəsizlik naziri Dominik Leblan bildirib ki, Kanada hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) terror təşkilatları siyahısına əlavə edib.
Leblan əlavə edib ki, bu qərarı qəbul edərkən kabinet Kanadanın Cinayət Məcəlləsini rəhbər tutub. Nazirin dediyi kimi, bu yolla Ottava Tehrana İİKK ilə mübarizədə “ixtiyarında olan bütün vasitələrdən istifadə etməyə” hazır olduğuna dair siqnal göndərmək qərarına gəlib.
E.ŞİRİNOV