Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 İyun 2024 / 15:42

GÜRCÜSTAN QƏRBİN RUSİYAYA QARŞI “İKİNCİ CƏBHƏ” AÇMAQ PLANLARINI AÇIQLAYIB

Qərb xarici agentlər haqqında qanuna etirazlar fonunda Gürcüstanda Rusiyaya qarşı “ikinci cəbhə” açmaq istəyirdi.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti”-yə Gürcüstan Sosialist Platformasının fəalı Paata Abuladze bildirib.

Abuladze Aİ ölkələri və ABŞ-ın Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu ilə bağlı mövqeyini şərh edib. Onun fikrincə, Qərb siyasətçiləri gürcü xalqını Rusiyaya qarşı müharibəyə sürükləməyə ümid edirdilər.

“Onlar bizi “ikinci cəbhə” açmaq üçün sındırmaq istəyirdilər”, – fəal deyib.

O əlavə edib ki, Baltikyanı ölkələrin xarici işlər nazirlərinin Tbilisidəki çıxışları da analoji planlarla bağlıdır.

Bundan əvvəl Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Josep Borrell Gürcüstanı Aİ-yə qapını bağlamaqla hədələmişdi. O, həmçinin Avropa Sülh Fondundan Tiflis üçün vəsaitə çıxışın məhdudlaşdırılmasına icazə verib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!