Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 İyun 2024 / 08:08

RUSİYA XİN BOLİVİYADA DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHDİ PİSLƏYİB

Rusiya Boliviyada hərbi çevrilişə cəhdi qətiyyətlə pisləyir.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Biz 26 iyun Boliviyanın Çoxmillətli Dövlətində hərbi çevriliş cəhdini qətiyyətlə pisləyirik”, – nazirlik vurğulayıb.

“Biz Boliviya və digər dövlətlərin daxili işlərinə bir sıra ölkələr və xalqlar, o cümlədən Latın Amerikası regionu üçün dəfələrlə faciəvi nəticələrə gətirib çıxaran dağıdıcı xarici müdaxilə cəhdlərinə qarşı xəbərdarlıq edirik”, – XİN qeyd edib.

“Biz prezident Luis Arce hökumətinə tam və sarsılmaz dəstəyimizi bildiririk, vəziyyətin konstitusiya çərçivəsindən kənara çıxmasını qəbuledilməz hesab edirik”, – deyə bəyanatda vurğulanır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!