Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Abxaziyanın Qaqra Rayon Məhkəməsi Rusiya ilə sərhəddə baş verən atışmada şübhəli bilinən şəxsləri iki ay müddətinə həbs edib.
Tezadlar.az bildirir ki, “RİA Novosti” bu barədə Abxaziya Prokurorluğuna istinadən xəbər verir.
Departamentdən bildirilib ki, məhkəmə Psou keçid məntəqəsində atışmada şübhəli bilinən ilk üç nəfər barəsində həbs-qətimkan tədbiri seçib. İnsidentin digər dörd iştirakçısının məhkəməyə hazırlıq iclası iyunun 28-də keçiriləcək.
“Məhkəmə iki aylıq həbs qətimkan tədbiri seçib”, – idarədən bildiriblər.
Bundan əvvəl Abxaziyanın Daxili İşlər Nazirliyi Rusiya ilə sərhəddə atışmada şübhəli bilinən bütün şəxsləri saxlayıb. Abxaz təhlükəsizlik qüvvələri şübhəlilərin gizləndiyi ərazini bağlayıb və stasionar postların qarşısını kəsiblər.
E.ŞİRİNOV