Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyun 2024 / 08:35

XARİCİ TİCARƏT İŞTİRAKÇILARI İLƏ NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLİB

Gəncə Gömrük İdarəsinin fəaliyyət zonasına daxil olan xarici ticarət iştirakçıları ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində növbəti görüş keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, ilk olaraq tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar, onlara Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Dünya Mikro, Kiçik və  Orta Sahibkarlıq gününə təsadüf edən görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Gəncə-Qazax regional koordinatorluğunun nümayəndələri də iştirak edib.

Tədbir zamanı gömrük sferasında tətbiq edilən yeniliklər, elektron həllərə əsaslanan ÖZÜNET layihəsi, malların preferensial mənşəyi, “elektron müraciət” xidməti barədə təqdimatlar nümayiş etdirilib. Biznes subyektlərinin təklifləri dinlənilib, onları maraqlandıran suallar gömrük əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!