Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyul 2024 / 06:46

PREZİDENT AMNİSTİYA QANUNU İMZALADI

Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın nasist işğalçılarından azad edilməsinin 80 illiyi ilə əlaqədar amnistiya qanunu imzalayıb.

Tezadlar.az xəbər verir ki, prezidentin imzaladığı sənəd Respublikanın Milli Hüquq İnternet Portalında dərc olunub.

Qeyd olunur ki, bu qanunun tətbiqi ilə cəzadan azad edilməsi, cəzanın daha yüngül cəza ilə əvəz edilməsi, həmçinin 5 minə yaxın məhkumun şərti olaraq azadlığa buraxılması nəzərdə tutulur.

Bundan başqa, daha 2850 məhkumun cəzasının bir il azaldılması nəzərdə tutulur.

Bundan əvvəl Rusiya Dövlət Duması sənətçilərin geri qayıtması üçün “amnistiya” mexanizminin işlənib hazırlanmasını təklif etmişdi.

İspaniya parlamenti də Kataloniya separatçılarına amnistiya haqqında qanun qəbul edib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!