Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyul 2024 / 07:03

USQ KOMANDANLIĞININ SƏHVİ UKRAYNAYA BAHA BAŞA GƏLƏCƏK

Ukrayna Silahlı Qüvvələrinin Poltava vilayətindəki komandanlığının səhvi Ukraynaya baha başa gələcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “ZDF” yazır.

Məqalədə bildirilir ki, Rusiya ordusu Mirqoroddakı Ukrayna hərbi hava bazasına uğurla hücum edib. Kiyev konkret rəqəmlər verməsə də, “müəyyən itkiləri” etiraf edib.

Rusiya pilotsuz təyyarəsi hava limanı üzərindən uçmağa, hədəfləri müəyyən etməyə və qısa müddət sonra gələn raketə koordinatları ötürməyə nail olub.

Məqalədə Ukrayna aerodrom üçün qoruyucu tədbirlərin görülməməsinə görə tənqid edilib. Belə ki, Mirqoroddakı təyyarələr möhkəmləndirilmiş bunkerlərdə və ya yeraltı anbarlarda deyil, açıq havada yerləşib. Onlar hətta kamuflyaj toru ilə də örtülməyib.

“ZDF” iki illik münaqişədən sonra qalan Ukrayna döyüş təyyarələrinin hələ də heç bir qoruyucu tədbir görməməsini “təəccüblü və məyusedici” adlandırır.

Müəllif yazır ki, Ukrayna hərbi komandanlığının öz qiymətli Su-27 təyyarəsini niyə cəbhə xəttinə bu qədər yaxın yerləşdirməyə qərar verdiyini anlamaq çox çətindir. Bu hücumdan sonra Ukrayna Mirqorod hava limanının istifadəsini “bəlkə də həmişəlik” məhdudlaşdırmalı olacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!