7 İyul 2024 / 07:13

VORONEJ VİLAYƏTİNDƏ PUA HÜCUMUNDAN SONRA FÖVQƏLADƏ VƏZİYYƏT TƏTBİQ EDİLİB

İyulun 7-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-nın hücumu nəticəsində anbarda yanğınla nəticələnən Voronej vilayətinin Podqorenski rayonunun yaşayış məntəqəsi sərhədləri daxilində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Tezadlar.az bildirir ki, bu barədə qubernator Aleksandr Qusev məlumat verib.

“Gecə Ukraynaya məxsus PUA ilə insident baş verən Podqorenski rayonu ərazisində fövqəladə vəziyyət tətbiq edilib. Partlayışlardan biri nəticəsində yaşayış binasının köməkçi tikilisi yanıb. Artıq yanğın söndürülüb. Xəsarət alan yoxdur”, – deyə o yazıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!