Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 İyul 2024 / 08:39

MACARISTAN UKRAYNA İLƏ BAĞLI SÜLH PLANININ OLMADIĞINI BİLDİRDİ

Macarıstanın Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli planı yoxdur, münaqişə tərəfləri bunu özləri işləməlidirlər, lakin əvvəlcə atəşkəs lazımdır.

Tezadlar.az xəbər verir ki, bunu Macarıstanın Baş Naziri Aparatının rəhbəri Qergeli Qulyas hökumətin keçirdiyi brifinqdə deyib.

“Biz həmçinin əminik ki, dialoq üçün atəşkəs lazımdır, çünki müharibə edən tərəflərin döyüş meydanında bir-birini məhv etməyə davam etdiyi bir vaxtda sülh naminə effektiv dialoq və danışıqlar aparmaq qeyri-realdır”, – Macarıstan hökumətinin nümayəndəsi vurğulayıb.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Vaşinqtona getdiyini açıqlamışdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!