Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 İyul 2024 / 09:18

“TƏMİZ ÖLKƏM” AKSİYASI ÇƏRÇİVƏSİNDƏ İMƏCİLİKLƏR DAVAM EDİR

Ümumrespublika təmizlik aksiyaları çərçivəsində 6 iyul tarixində Xəzər dənizinin Neftçala və Lənkəran sahilində, Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində, Füzuli rayonu Əhmədbəyli kəndində, Ağcabədi rayonu Zəfər prospektində və Kəlbəcər rayonu “İstisu” adlanan ərazidə iməciliklər keçirilib.

Nazirliyin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının nümayəndələrinin, sakinlərin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 2.7 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

Qeyd edək ki, ümumrespublika təmizlik aksiyaları hər həftə bütün ölkə ərazisində keçirilir və bu aksiyaların keçirilməsində məqsəd hər kəsi istirahət edərkən tullantıları ətrafa atmamağa, təmizliyə riayət etməyə təşviq etmək, ictimaiyyətin diqqətini bu sahəyə çəkməklə ətraf mühitin qorunmasına nail olmaqdır.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!