Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 İyul 2024 / 12:02

VƏZİFƏ SƏLAHİYYƏTLƏRİNDƏN SUİ-İSTİFADƏ İTTİHAMINDAN BƏRAƏT ALDI

Kirov vilayət məhkəməsi vilayətin keçmiş qubernatoru Nikita Belıxa vəzifə səlahiyyətlərindən sui-istifadə etmə işi üzrə apellyasiya şikayəti əsasında bəraət verib.

Tezadlar.az TASS-ın müxbirinin məhkəmə zalından verdiyi xəbərə istinadən yazır.

“Məhkəmə kollegiyası Rusiya Federasiyası Cinayət Məcəlləsinin 285-ci maddəsinin 2-ci hissəsi ilə məhkum edilmiş Belıx Nikita Yuryeviç barəsində Kirov şəhərinin Oktyabr rayon məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmünü çıxarıb. Belıxın Rusiya Federasiyası Cinayət Məcəlləsinin 285-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham edilməsi ilə bağlı cinayət işinə onun reabilitasiya hüququnu tanıyaraq cinayət tərkibinin olmamasına görə xitam verilir”, – hakim bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!