Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 İyul 2024 / 06:55

QANUNSUZ ODLU SİLAH ƏLDƏ EDƏNLƏR SAXLANILIB

Yevlaxda qanunsuz odlu silah əldə edən və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Mahir Əliyev saxlanılıb. M.Əliyevdən “TT” markalı tapança, 4 ədəd patron və patron darağı aşkar edilib. O, silahı bir müddət əvvəl əldə etdiyi və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini Elşən Abbasov da saxlanılıb. Ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!