Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 İyul 2024 / 07:52

ZELENSKİ NATO SAMMİTİNDƏ MAKRONLA GÖRÜŞÜB

Vladimir Zelenski və Fransa prezidenti Emmanuel Makron Vaşinqtonda NATO sammiti çərçivəsində görüş keçirib, tərəflər Ukrayna münaqişəsinin həllini və Parisdən Ukrayna Silahlı Qüvvələrinə növbəti müdafiə yardım paketinin hazırlanmasını müzakirə ediblər.

Tezadlar.az xəbər verir ki, bundan əlavə, siyasətçilər Ukrayna hərbçilərinə təlim keçmək və İsveçrədə keçirilən sammit zamanı əldə olunan qərarların həyata keçirilməsindən danışıblar.

Zelenski Telegram kanalında yazıb: “Prezident Emmanuel Makrona və Fransa xalqına prinsipial və amansız dəstəyə görə təşəkkür edirəm”.

Bundan əvvəl Makron bildirib ki, NATO-nun Ukraynadakı münaqişədə birbaşa iştirakından söhbət getmir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!