Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 İyul 2024 / 08:09

XARİCİ AGENTLƏR HAQQINDA QANUN NƏ VAXT QÜVVƏYƏ MİNƏCƏK?

Gürcüstanda may ayında qəbul edilən xarici agentlər haqqında qanun hələ bir neçə həftədən sonra qüvvəyə minəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin təhsil, elm və gənclərlə iş üzrə komitəsinin rəhbəri Givi Mikanadze brifinq zamanı bildirib.

“Bir neçə həftədən sonra bu qanun qüvvəyə minəcək və biz proseslərin necə inkişaf etdiyini görəcəyik”, – o deyib.

Qanun maliyyəsinin 20%-dən çoxu xaricdən gələn qeyri-hökumət təşkilatlarına və mediaya şamil edilir. Onlardan hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə gəlir və xərclər haqqında bəyannamə təqdim etmələri tələb olunacaq. Bu öhdəliyi yerinə yetirməsələr, 25 min lari (9,1 min dollardan çox) məbləğində cərimələnəcəklər. Cərimədən sonra bəyannamə təqdim edilməzsə, gecikdirilən hər ay üçün 20 min lari (7,3 min dollardan çox) tutulacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!