Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 İyul 2024 / 06:32

CONSON TRAMPLA UKRAYNA İLƏ BAĞLI APARDIĞI DANIŞIQLARDAN DANIŞIB

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “The Daily Mail”də dərc olunan məqaləsində ABŞ-ın keçmiş prezidenti Donald Trampla apardığı danışıqlardan bəhs edib.

Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, digər respublikaçılar Ukrayna haqqında nə desələr də, Tramp “reallığı anlayır”.

“Ukraynanın məğlubiyyəti Amerika üçün böyük məğlubiyyət olardı”, – Conson “The Daily Mail” üçün məqaləsində yazıb.

O, Rusiyanı 2022-ci il sərhədlərinə geri çəkilməyi və Ukraynaya Aİ və NATO-ya daxil olmaq imkanı verməyi təklif edib və bunun üçün britaniyalı siyasətçinin fikrincə, Kiyevə lazımi silahları və onlardan istifadə etmək üçün bütün icazələri vermək lazımdır.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban demişdi ki, Trampın dövründə Aİ Ukraynaya dəstək vermək üçün daha çox yükü daşıyacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!