Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyul 2024 / 10:15

BORRELL UKRAYNA İLƏ BAĞLI AÇIQLAMASINDA SƏHVƏ YOL VERDİ

Avropa diplomatiyasının rəhbəri Xosep Borrell Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı Ukraynanın baş naziri adlandırıb.

Tezadlar.az xəbər verir ki, o, bu barədə Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən jurnalistlərlə söhbəti zamanı qeyd edib.

“Ukraynadakı vəziyyəti müzakirə edəcəyik, baş nazir Kulebadan xəbər alacağıq”, – Borrell deyib.

Bundan əvvəl Vladimir Zelenski NATO sammitində çıxışı zamanı onu Rusiya prezidenti Vladimir Putinlə səhv salan amerikalı həmkarı Co Baydenin səhvini unutduracağına söz vermişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!