Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyul 2024 / 10:25

BAŞ PROKURORLUQDA KOLLEGİYA İCLASI KEÇİRİLİB

Ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətinin üstünün açılması ilin birinci yarısında prokurorluq, daxili işlər və digər aidiyyəti orqanlar ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri nəticəsində təmin edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev bildirib.

K.Əliyev deyib ki, 2024-cü ilin birinci yarımilində prokurorluq orqanlarında istintaq edilən cinayət işləri üzrə özgə əmlakına vurulmuş ziyanın 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsi təmin olunub.

“Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə dövlətə, vətəndaşlara, şirkətlərə, bələdiyyələrə ümumilikdə 75,9 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsinə nail olunub, 8,3 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub”, – deyə K.Əliyev bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!