Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyul 2024 / 09:01

KÜLLİ MİQDARDA NARKOTİK VASİTƏ AŞKAR EDİLDİ

Biləsuvar Gömrük İdarəsində İran İslam Respublikası istiqamətindən ölkəmizə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti həyata keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, xidməti itin reaksiyasına əsasən avtomobil gömrük və sərhəd xidmətinin əməkdaşları tərəfindən əsaslı yoxlanılıb və bu zaman qoşqunun ön hissəsindəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə xalis çəkisi 30 kiloqram 30 qram təşkil edən narkotik vasitə – qurudulmuş marixuana və xalis çəkisi 7,9 qram təşkil edən psixotrop maddə – metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!