Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 İyul 2024 / 13:21

QORLOVKADA USQ-NİN HÜCUMU ZAMANI BİR MÜLKİ ŞƏXS HƏLAK OLUB

DXR-in Qorlovkanın Nikitovski rayonunda Ukrayna ordusunun artilleriyadan atəşə tutması nəticəsində bir dinc sakin həlak olub, daha beş nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə Ukraynanın Müharibə Cinayətləri ilə bağlı Məsələlərə Nəzarət və Koordinasiya Birgə Mərkəzində respublikanın nümayəndəliyindən məlumat verilib.

“Qorlovkanın Nikitovski rayonu, Kazartseva küçəsində bir kişi öldürülüb (şəxsi məlumatlar dəqiqləşdirilir), 2000, 1957 və 1955-ci il təvəllüdlü qadınlar, 1968 və 1959-cu il təvəllüdlü kişilər yaralanıb”, – məlumatda deyilir.

Bildirilir ki, insan tələfatı və xəsarət alanlarla nəticələnən hadisə saat 13:10-da baş verib. Dzerjinsk istiqamətindən düşmən 155 millimetrlik artilleriyadan şəhəri atəşə tutub. Atəşlər nəticəsində günün əvvəlindən Qorlovkada iki mağaza, uşaq bağçası və yaşayış binasına ziyan dəyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!