MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Qarabörk kənd sakini Mürvət Qarayev saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, onun yaşadığı kəndin ərazisində yerləşən meşəlik əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 43 ədəd çətənə kolu, evindən isə marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.