Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 İyul 2024 / 09:18

HANİYƏNİN QƏTLİ ABŞ-LA RAZILAŞDIRILIB?

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə məsuliyyət təkcə İsrailin deyil, həm də ABŞ-ın üzərinə düşür.

Tezadlar.az BFM.RU-ya istinadən xəbər verir ki, bu barədə Fələstin radikal qruplaşmasının nümayəndələri bildiriblər.

Fələstin hərəkatının Livandakı nümayəndəsi Mahmud Tahanın sözlərinə görə, Haniyənin qətli ABŞ-dan yaşıl işıq aldıqdan sonra həyata keçirilən “qorxaqlıq” idi. Taha HƏMAS-ın İsrail və ABŞ administrasiyalarını buna görə məsuliyyət daşıdığını vurğulayıb.

Rusiyanın Tehrandakı səfirliyi isə öz növbəsində Haniyənin qətlini tamamilə qəbuledilməz siyasi cinayət adlandırıb. Diplomatik missiyanın fikrincə, baş verənlər Yaxın Şərqdə eskalasiyaya gətirib çıxaracaq və Qəzza ilə bağlı danışıqlara təsir edəcək. Rusiya Xarici İşlər Nazirliyi də eyni fikirdədir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!