Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın Çerkassı vilayətində vilayət şurasının müxalifətçi deputatı Slovakiyaya qaçmaq istəyərkən saxlanılıb.
Tezadlar.az bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
“OPZJ partiyasından olan Çigirinski Şəhər Şurasının deputatı Ukraynanın Slovakiya ilə sərhədini qanunsuz keçərkən saxlanılıb”, – Ukrayna Təhlükəsizlik Xidmətinin regional şöbəsinin nümayəndəsi Yekaterina Droqa deyib.
Deputatın adı açıqlanmayıb, o, ev dustaqlığına buraxılıb.
UTX-nin məlumatına görə, saxlanılan şəxs Rusiyanın xüsusi əməliyyatına dəstək verməkdə şübhəli bilinir.
E.ŞİRİNOV