9 Avqust 2024 / 06:14

KRASNOQOROVKADA USQ-NİN TANKINA HÜCUM ZAMANI FRANSALI MUZDLU ÖLÜB

Rusiya artilleriyasının Krasnoqorovkada Ukrayna hərbçilərinin tankına endirdiyi zərbə nəticəsində Fransadan olan hərbçi həlak olub.

Tezadlar.az TASS-a istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Krasnoqorovkada Ukrayna Silahlı Qüvvələrinin tankı vurulub, ekipaj üzvlərindən birinin Fransadan olan hərbçi olduğu üzə çıxıb. O, zərbədən ağır yaralanıb”, – agentliyin həmsöhbəti bildirib.

O əlavə edib ki, yaralı fransıza bütün lazımi tibbi yardım göstərilib, lakin o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!