Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın şimalında eyniadlı vilayətin inzibati mərkəzi olan Sumı şəhərində kritik infrastruktur obyekti zədələnib.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Şimal” əməliyyat komandanlığı məlumat yayıb.
“Sumı – 2 partlayış, kritik infrastruktur obyektinə ziyan dəyib”, – deyə komandanlığın Facebook-dakı mesajında deyilir.
Həmçinin bildirilir ki, sərhəddəki Miropolye şəhərində “sənaye infrastrukturu obyekti zədələnib”.
Ukraynanın əhalini xəbərdar etmək üzrə rəsmi resursunun məlumatına görə, avqustun 12-də Sumı vilayətində iki dəfə hava hücumu xəbərdarlığı elan edilib, onlardan biri gecə, ikincisi hələ də davam edir. Gecə saatlarında Ukrayna mediası Sumıda partlayışlar barədə iki dəfə məlumat yayıb.
E.ŞİRİNOV