Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Avqust 2024 / 10:50

NÖVBƏTİ TƏMİZLİK AKSİYASI LƏNKƏRANDA KEÇİRİLİB

“Kapital Bank”ın 150 illik yubileyi münasibətilə “Qırmızı Ürəklər Fondu” ilə birgə həyata keçirdiyi “Sıfır Tullantı” həmrəylik marafonu çərçivəsində növbəti iməcilik keçirilib.

Marafon iştirakçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “Təmiz ölkəm” ümumrespublika təmizlik aksiyası çərçivəsində Xəzər dənizinin Lənkəran sahilini tullantılardan təmizləyiblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, layihənin məqsədi dəniz və çay sahillərində, dağ-meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənmənin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsinə cəlb etmək və hər kəsi öz atdığı tullantıları toplamağa sövq etməkdir.

Lənkəran şəhərində baş tutan aksiyada Nazirliyin regional idarələrinin əməkdaşları, “Kapital Bank”ın Lənkəran–Astara iqtisadi rayonunda fəaliyyət göstərən filiallarının əməkdaşları, “Qırmızı Ürəklər” Fondunun nümayəndələri tərəfindən 600 kq-a yaxın tullantı toplanaraq ərazidən daşınıb.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!