Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Avqust 2024 / 08:28

UKRAYNA AVQUSTUN 11-DƏK KURSK AES-Nİ ƏLƏ KEÇİRMƏYİ PLANLAŞDIRIB?

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətində reydi avqustun 11-dək Kursk AES-ni ələ keçirmək məqsədi daşıyırdı.

Tezadlar.az xəbər verir ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, Axmat xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Aptı Alaudinovun sözlərinə görə, bu tapşırığı yerinə yetirmək mümkün olmayıb.

“Biz çox maraqlı materiallar aldıq, hansı qüvvələr hazırlanırdı, nəyi planlaşdırırdılar? Bəs mən nə deyə bilərəm? 11-də Kurçatov Atom Elektrik Stansiyasını götürmək lazım idi. Bu gün 14-dür”, – deyə Alaudinov bildirib.

O qeyd edib ki, düşmənin texnikasının böyük hissəsi artıq məhv edilib. “Kurçatov AES-in ələ keçirilməsi ilə planlaşdırılan və artıq harasa gedib başqa bir iş görəcəyimiz ultimatumla cəbhə xəttinə daxil olan Zelenskinin bu blitskriqi uğursuzluğa düçar oldu”, – Alaudinov əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!