Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Avqust 2024 / 12:30

PREZİDENT GÜRCÜ OLİMPİYAÇILARINA MÜKAFAT VERMƏKDƏN NİYƏ İMTİNA EDİB?

Gürcüstan prezidenti Salome Zurabişvili ölkə hökuməti tərəfindən dövlət mükafatlarına layiq görülmüş gürcü olimpiyaçılarını mükafatlandırmaqdan imtina edib.

Tezadlar.az bildirir ki, bu barədə “VZQLYAD” qəzetinin Tbilisidəki müxbiri xəbər verir.

Onun sözlərinə görə, o, sentyabrda olimpiyaçılar üçün “milli bayram təşkil etmək niyyətindədir” və yalnız bundan sonra onları mükafatlandıracaq.

Bundan əlavə, Zurabişvilinin sözlərinə görə, sentyabrın 8-də Parisdə Paralimpiya Oyunları başa çatana qədər olimpiyaçıların mükafatlandırılması “ayrı-seçkilikdir”.

“Bu qəbuledilməzdir”, – deyib.

Parisdə keçirilən Oyunlarda Gürcüstan üç qızıl, iki gümüş və bir bürünc medal qazanaraq komanda hesabında 24-cü yeri tutub. Bu, müstəqil Gürcüstan tarixində ən yaxşı göstəricidir.

Cümə axşamı baş nazir İrakli Kobaxidze gürcü olimpiyaçılarını qəbul edəcək. Çempionlar bir milyon lari (370 min dollar), gümüş medalçılar 500 min lari, bürünc medalçılar isə 250 min lari alacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!