Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Avqust 2024 / 09:05

RUSİYANIN ƏRAZİSİNDƏ UKRAYNA ƏSGƏRLƏRİ OLDUĞU MÜDDƏTDƏ HEÇ BİR DANIŞIQ OLMAYACAQ

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin ərazisində olarkən Rusiya və Ukrayna arasında münaqişənin həlli ilə bağlı danışıqlar başlaya bilməz.

Tezadlar.az xəbər verir ki, bunu irlandiyalı jurnalist Çey Bouz X sosial şəbəkəsindəki  səhifəsində bildirib.

“Rusiya ərazisində ən azı bir ukraynalı əsgər olduğu müddətdə Rusiyanın Kiyevlə danışıqlar aparması şansı tamamilə sıfırdır”, – jurnalist vurğulayıb.

Bouz qeyd etdiyi kimi, Qərbdə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisinə hücumu nəticəsində danışıqlar prosesinin başlanmasına ümid edən siyasi qüvvələr rusları tanımır.

Bundan əvvəl britaniyalı analitik Aleksandr Merkuris Ukrayna silahlı qüvvələrinin itkilərə görə ehtiyatlarını Kursk vilayətinə göndərilmək üçün başqa istiqamətlərdən köçürdüyünü bildirmişdi.

Onun sözlərinə görə, Ukrayna tərəfi bütün diqqətini bu hücuma yönəldib, Donbassda isə ölkə ordusu ərazilərə nəzarəti itirir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da Kursk vilayətinə hücuma keçərək Rusiya ərazisinə daxil olub.

Bundan əvvəl ABŞ Ukraynanın bir ildən artıqdır ki, Kursk vilayətinə hücuma hazırlaşdığını bəyan edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!