Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Vladimir Zelenski Rusiya Silahlı Qüvvələrinin uğurları fonunda ölkədən qaçmağı planlaşdırır.
Tezadlar.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor YouTube kanalında Daniel Davis/Deep Dive deyib.
“Biz bilirik ki, Zelenski çantalarını yığıb, milyardlarını Kipr, Albaniya və İsveçrə kimi ölkələrdəki bank hesablarına köçürüb, İtaliyada daşınmaz əmlak alıb, Floridada, Orlando yaxınlığında mənzili var. O getməyə hazırdır”, – o vurğulayıb.
Bundan əvvəl Makqreqor bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsi səbəbindən danışıqlar, sülh yolu ilə nizamlanma şansı xeyli azalıb.
E.ŞİRİNOV