22 Avqust 2024 / 07:12

İSRAİL KƏŞFİYYATININ RƏHBƏRİ İSTEFASI ZAMANI QURUMLA BAĞLI ETİRAF DA EDİB

İsrail hərbi kəşfiyyatının rəhbəri, general-mayor Aaron Haliva istefa mərasimi zamanı ötən ilin oktyabrın 7-də ölkənin sərhədlərinin qorunmamasına görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə “Reuters” məlumat yayıb.

O, İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında münaqişənin kəskinləşməsi səbəblərini dərindən araşdırmaq üçün milli araşdırmaya çağırıb.

38 yaşlı veteran aprel ayında təqaüdə çıxdığını elan etsə də, indiyədək vəzifəsini icra edib.

2023-cü il oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın İsrail ərazilərini Qəzza zolağından kütləvi raket atəşinə tutması, həmçinin ölkənin cənubundakı sərhəd bölgələrini zəbt etməsi və insanları girov götürməsi ilə Yaxın Şərqdə vəziyyət gərginləşib.

Nəşr qeyd edir ki, bu vəziyyət əvvəllər faktiki olaraq güclü hesab edilən İsrail hərbi və kəşfiyyat xidmətlərinin reputasiyasını ciddi şəkildə sarsıdıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!