22 Avqust 2024 / 11:50

ZELENSKİ SUMI VİLAYƏTİNİN SƏRHƏD BÖLGƏSİNƏ SƏFƏR EDİB

Vladimir Zelenski Sumı vilayətinin sərhəd bölgəsinə səfər edib.

Tezadlar.az bildirir ki, bu barədə o, Telegram kanalında məlumat verib.

O, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ilə görüş keçirdiyini bildirib. Onlar cəbhədəki əməliyyat vəziyyəti və Toretsk və Pokrovsk istiqamətlərinin müdafiəsi məsələlərini müzakirə ediblər.

Sırski xüsusilə Zelenskiyə Kursk vilayətinin sərhədyanı bölgələrində gedən döyüşlərdən danışıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!