Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstan parlamentinin eks-prezident Mixail Saakaşvilinin təsis etdiyi müxalif Vahid Milli Hərəkat Partiyasından olan deputatları siyasi birliyin konstitusiyaya zidd olduğu elan edildikdən sonra deputat mandatlarından məhrum ediləcəklər.
Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə ölkənin baş naziri İrakli Kobaxidze məlumat verib.
“Konstitusiyamıza görə, mandatları yalnız Konstitusiya Məhkəməsi ləğv edə bilər. Düşünürəm ki, mandatların ləğvi partiyaya qoyulan qadağanın məntiqi davamı olardı (“Milli Hərəkat” – RED.). Cinayətkar partiyanın nümayəndələrinin Gürcüstan parlamentinin deputatı statusundan istifadə etməsi mümkün deyil”, – Kobaxidze bildirib.
E.ŞİRİNOV