Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya FTX-nin Həştərxan vilayəti üzrə İdarəsi Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 20 yaşlı yerli sakini müəyyən edib.
Tezadlar.az bildirir ki, bu barədə “RG”-yə idarənin mətbuat xidmətindən məlumat verilib.
FTX-nin məlumatına görə, həmin şəxsin terror təşkilatının tərəfdarı olduğu və ona beyət etdiyi müəyyən edilib.
Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanıb. Cinayətin baş vermə şəraiti aydınlaşdırılır.
E.ŞİRİNOV