Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


FTX sərhədi keçərək Sudjaya qanunsuz daxil olan ukraynalı və alman jurnalistlərə qarşı cinayət işi açıb.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
“Rusiya Federal Təhlükəsizlik Xidməti Almaniyanın “Deutsche Welle” (DW, Rusiya Federasiyasında xarici agent kimi tanınan) yayım korporasiyasının jurnalisti Konnolli Nikolas Saymon və Ukraynanın 1+1 telekanalının müxbiri, Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçən və Kursk vilayətinin Sudja qəsəbəsi ərazisində videoçəkiliş aparan Natalya Viktorovna Naqornaya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi açıb və araşdırır”, – FTX qeyd edib. Maddənin sanksiyasında beş ilədək həbs cəzası nəzərdə tutulub.
FTX aydınlaşdırıb ki, avqustun 17-dən sərhədi qanunsuz keçmək faktı ilə bağlı 7 əcnəbi jurnalistə qarşı cinayət işi açılıb.
E.ŞİRİNOV