28 Avqust 2024 / 09:10

KURSK VİLAYƏTİNDƏ UKRAYNAYA MƏXSUS İKİ İDARƏ OLUNAN AVİABOMBA VURULUB

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki idarə olunan aviasiya bombasını vurub.

Tezadlar.az bildirir ki, bu barədə qubernator vəzifəsini icra edən Aleksey Smirnov Telegram kanalında məlumat verib.

“Ukrayna Silahlı Qüvvələrinə məxsus iki idarə olunan hava bombası Kursk vilayətinin sərhəd bölgəsində vurulub”, – deyə o yazıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!