Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada əsirlikdə ölən rusiyalı Aleksandr Lobanovun ailəsinə zəng edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazır.
Qəzetin məlumatına görə, 32 yaşlı kişinin cəsədi İsrail Müdafiə Qüvvələri hərbçiləri tərəfindən Rafahdakı yeraltı tuneldə aşkar edilib.
Netanyahu deyib: “Sizə nə qədər təəssüfləndiyimi bildirmək və Saşanı diri qaytara bilmədiyim üçün bağışlanma diləmək istəyirəm”.
Bundan əvvəl “Girov Ailələr Forumu” təşkilatı Netanyahunu Fələstinin HƏMAS hərəkatının əsirliyində olan insanların ölümünə görə məsuliyyəti açıq şəkildə üzərinə götürməyə çağırıb.
E.ŞİRİNOV