2 Sentyabr 2024 / 08:45

İKİSİ AZYAŞLI OLMAQLA, 7 NƏFƏR XİLAS EDİLİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində 2, Nəsimi rayonu ərazisində 1, Yasamal rayonu ərazisində 1 nəfərin liftdə və Yasamal rayonu ərazisində 2, Suraxanı rayonu ərazisində isə 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ikisi azyaşlı olmaqla, ümumilikdə 7 nəfər xilas edilib.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!