4 Sentyabr 2024 / 08:05

ŞƏKİDƏ NARKOTİK VASİTƏNİN TƏSİRİ ALTINDA AVTOMOBİL İDARƏ EDƏN HƏBS EDİLDİ

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı “Qazel” markalı avtomobilin sürücüsü Rövşən Vahidov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a bildirilib ki, yoxlama zamanı R.Vahidovun narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından sürücü tibbi müayinədən keçirilib. Nəticədə onun narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyənləşib.

Həmçinin, şəxsi axtarış zamanı əvvəllər də dəfələrlə məhkum olunmuş R.Vahidovdan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!