Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində Ermənistan nümayəndə heyətinə rəhbərlik edəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə yerli News.am portalı məlumat yayıb.
Əvvəlcə News.am Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinad etsə də, sonradan söhbətin portalın öz məlumatından getdiyinə aydınlıq gətirib.
Paşinyanın BRİKS sammitində iştirakı ilə bağlı məlumatı yerli Factor.am portalına parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan da təsdiqləyib.
Bir müddət əvvəl xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Ermənistanın BRİKS sammitində təmsil olunacağını bildirmişdi.
E.ŞİRİNOV