Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kiyevdə müəssisədə “mənşəyi naməlum” partlayış baş verib.
Tezadlar.az bildirir ki, bu barədə şəhərin meri Vitali Kliçko öz Telegram kanalında məlumat verib.
“Paytaxtın Qoloseyevski rayonunda ATP (avtomobil nəqliyyatı müəssisəsi) ərazisində mənşəyi məlum olmayan partlayış baş verib. İkimərtəbəli bina qismən dağılıb. Yanğın yoxdur. Təcili yardım xidmətləri artıq yerində işləyir”, – Kliçko yazıb.
Şəhər merinin sözlərinə görə, dağıntılar altında insanlar ola bilər.
Sentyabrın 8-i bazar günü səhər TASS yerli KİV-ə istinadən Kiyevətrafı qəsəbələrdə partlayışların baş verməsi barədə məlumat yayıb və aydınlaşdırıb ki, şəhər və regionda hava hücumu xəbərdarlığı elan edilməyib.
Şənbə günü, sentyabrın 7-nə keçən gecə Kiyevdə də hava hücumu zamanı silsilə partlayışlar baş verib. Partlayışlar Çerniqov, Vinnitsa və Nikolayev vilayətlərində də baş verib.
E.ŞİRİNOV