Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ermənistan KTMT-dən çıxa bilər, bu ehtimalı da istisna etmək olmaz.
Tezadlar.az xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan brifinqdə bildirib.
O, jurnalistin sualını cavablandırarkən “Heç nəyi istisna etmək olmaz”, – deyib.
Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə ölkənin təşkilatda iştirakını dondurduğunu, həmçinin “2 KTMT üzvü ölkəsinin Ermənistana qarşı müharibə hazırladığını” iddia edib. Jurnalistin bu ölkələrin adlarını çəkməyə hazır olub-olmadığını soruşduqda Ermənistanın baş naziri bunu yersiz hesab etdiyini bildirib.
E.ŞİRİNOV