10 Sentyabr 2024 / 09:12

LƏNKƏRANDA QANUNSUZ AĞAC EMALI İLƏ MƏŞĞUL OLAN SEXLƏR AŞKARLANIB

Lənkəranda qanunsuz ağac emalı ilə məşğul olan sexlər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Təngivan və Qurunba kəndlərində yerləşən iki emal sexində müvafiq normativ sənədlər olmadan müxtəlif cinsli iri ağac gövdələrinin emal olunması üçün dəzgahların qoyulduğu aşkar edilib. Aşkarlanan hallarla bağlı həmin emal sexlərinin sahibləri barəsində protokol tərtib olunub və həmin şəxslər inzibati məsuliyyətə cəlb olunublar.

R.XUDATQIZI

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!